"Xahiş edirəm, bunu sensasiya etməyin" - Əbülfəs Qarayev

"Xahiş edirəm, bunu sensasiya etməyin" - Əbülfəs Qarayev
2374 dəfə oxunub
  • A-
  • A
  • A+

"Mikayıl Müşfiq adı bizim üçün müqəddəsdir. O müqəddəs insanın, şəxsiyyətin qalıqları haqqında  danışmağa ehtiyac yoxdur".

Axşam.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu sözləri Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev Azərbaycan şairi Mikayıl Müşfiqin məzarının tapılması ilə bağlı mətbuatda yayılan xəbərlərə münasibət bildirərkən deyib.

Nazirin sözlərinə görə, bu məsələ ilə bağlı komissiya müəyyən ediləcək, sənədlər toplanılacaq. 

"Mikayıl Müşfiqin məzarı ilə bağlı iddialar dəfələrlə qaldırılıb və bu barədə müxtəlif mülahizələr var. Xahiş edirəm, bunu sensasiya etməyin. Lazım gəldikdə sizə məlumat verəcəyik".