İllər öncə məşhur olan “Alemin Kralı” serialının “Oben”i, aktrisa Birsu Demiri indi görənlər gözlərinə inana bilmirlər.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, o zaman 11 yaşı olan Birsunun artıq 19 yaşı var.
Sosial mediadan aktiv istifadə edən aktrisa hesabında tez-tez fotolar paylaşır. Şəkillərində Demirin nə qədər çox dəyişdiyi gözdən yayınmayıb.
Şəkilləri görənlərin çoxu hətta onu tanımaqda çətinlik belə çəkirlər.
Qeyd edək ki, baş rollarını Şafak Sezer, Oya Başar və Təkamül Axının paylaşdığı bu serial ilk dəfə 2011-ci ildə yayımlanıb.