Bu da Hüseynin yeni klipi: “Təkcə səni” - video
Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu klip çəkdirib.
Axşam.az-ın məlumatına görə, musiqisi Faiq Sücəddinova aid olan “Təkcə səni” adlı mahnının ekran işinin rejisorluğunu Nail Naiboğlu edib. Bir müddət əvvəl “Maşın” realiti şousundakı çıxışı ilə gündəmə gələn sənətçinin yeni klipi “Lider” telekanalında yayımlanan “Bu saat” verilişində təqdim olunub.
Qeyd edək ki, “Bu saat” verilişinin informasiya dəstəyi Axşam.az-a məxsusdur. Proqram həftəiçi hər gün saat 17:00-da Xəyalə Manaflının təqdimatında yayımlanır. Layihənin rəhbəri və rejissoru Nail Naiboğlu, prodüseri Pərviz Oqtayoğlu, musiqi redaktoru isə Rauf Sahiboğludur.