Tayvanda yaşayan Gigi Vu adıyla tanınan sosial media fenomeni bikini ilə dağlara çıxması ilə məşhurlaşmışdı.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, ötən il 127 gün dağlarda qalan Gigi hər anını sosial mediada paylaşıb.
O, 10 gün öncə tək Yuşan dağına çıxıb. Səkkizinci gün isə kömək istəyib. Dağ keçidinə düşdüyünü bildirən Vuya hava səbəbilə 28 saat sonra kömək etməyə gediblər.
Məlum olub ki, Gigi mənfi iki dərəcədə soyuqdan donaraq ölüb.