Bəstəkar Tural Bakuvi yeni instrumental "Qış Kompozisiyası"nı təqdim edib.
Axşam.az-a açıqlama verən T.Bakuvi buna qədər "Payız", "Bahar" və "Şərq" adlı kompozisiyaları hazırladığını deyib:
"Sözügedən kompozisiyanın üzərində artıq 2 aya yaxın idi ki çalışırdıq. Bu kompozisiya eyni zamanda istedadlı rejissorumuz Samir Qulamovun çəkdiyi "Canavar Qoxusu" bədii filminin sountreklərindən biridir.
Aranjimanı Ramal Rəsula aid əsərin tar ifası Şəhriyar İmanova, kamança ifası Rəcəb Rəcəbliyə, alt və skripka ifaları isə Çingiz Əliyevə aiddir.
Ümidvaram ki, "Qış"ım da ən azı "Payız", "Bahar" və "Şərq" qədər seviləcək".