Sevgilisi türkiyəli aktyoru döydü - Fotolar

Sevgilisi türkiyəli aktyoru döydü - Fotolar
1723 dəfə oxunub
  • A-
  • A
  • A+

İzzet Altunmeşenin aktyor oğlu Fırat Altunmeşe sevgilisi tərəfindən döyülüb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, ikili məkanlardan birindən çıxarkən mübahisə etməyə başlayıb.

Lakin sonradan mübahisə əlbəyaxa davaya çevrilib. Belə ki, gənc qız dırnaqları ilə aktyorun yanaqlarını, alnını və çənəsini cızıb.

Ardınca jurnalistləri və fotoqrafları görən qadın oradan uzaqlaşıb. Altunmeşe isə açıqlamasında bu sözləri deyib:

"3 ildir onunla sevgiliyik. Aşiq olduğum qadın mənə bunu etdi".