Tanınmış prodüser bloqqerlə evləndi - Fotolar

Tanınmış prodüser bloqqerlə evləndi - Fotolar
5331 dəfə oxunub
  • A-
  • A
  • A+

Tanınmış prodüser Emin Əfəndi ailə həyatı qurub.

Axşam.az xəbər verir ki, bu barədə prodüserin dostu, əməkdar artist Miri Yusif məlumat verib.

O, sosial şəbəkədə nikah mərasimindən foto paylaşaraq “Bu gün dostumun, qardaşımın, baş prodüserimin nikah günüdür. Sizə xoşbəxtlik dolu bir yaşam diləyirəm. Təbriklər!” deyə, şərh yazıb.

Məlumat üçün bildirək ki, Emin Əfəndi Lalə Əhmədova adlı bloqqerlə evlənib.

Qeyd edək ki, Emin Əfəndi “H.O.S.T”, “Dəyirman” kimi rep qruplarına, eləcə də bir çox layihəyə prodüserlik edib.