Ancelina Coliyə qurban kəsən müğənninin yeni klipi - video

Ancelina Coliyə qurban kəsən müğənninin yeni klipi - video
1312 dəfə oxunub
  • A-
  • A
  • A+
Bir müddət əvvəl Hollivud ulduzu Ancelina Coliyə qurban kəsməsi ilə diqqətləri cəlb edən müğənni Aslan Hüseynov bu dəfə yaradıcılıq fəaliyyəti ilə gündəmə gəlib.

Axşam.az xəbər verir ki, ifaçı yeni klipini dinləyicilərinin ixtiyarına verib.

"Məni tərk etmə" adlı mahnının söz və musiqisi Arzu Abbasovaya məxsusdur.

Ekran işi qarlı hava şəraitində çəkilib. Qubada lentə alınan klipin rejissoru Nail Naiboğlu, operatoru isə Emin Hüseynovdur.

Qeyd edək ki, ekran işi ilk dəfə "Lider" telekanalında yayımlanan "Bu saat" verilişində yayımlanıb.

Qeyd edək ki, “Bu saat” verilişinin informasiya dəstəyi Axşam.az-a məxsusdur. Proqram həftəiçi hər gün saat 17:00-da Xəyalə Manaflının təqdimatında yayımlanır. Layihənin rəhbəri və rejissoru Nail Naiboğlu, prodüseri Pərviz Oqtayoğlu, musiqi redaktoru isə Rauf Sahiboğludur.