“Xanım və kölələri” fotosuna görə istefa verdi - Foto

“Xanım və kölələri” fotosuna görə istefa verdi - Foto
12070 dəfə oxunub
  • A-
  • A
  • A+

“Vogue” dərgisinin braziliyalı dəb redaktoru Donata Meyrelles doğum günündə dörd qaradərili xanımla çəkdirdiyi fotoya gələn sərt reaksiyalardan sonra istefa verib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, onun kresloda oturaraq çəkdirdiyi şəkil quldarlıq dönəmindəki “Xanım və kölələri” təsvirinə bənzədilib.

Sosial mediada qaradərili xanımların geyindiyi libasların quldarlıq dövründə kölələrin geyindiyi uniformaları, kreslonun da qul sahiblərinin əyləşdiyi stulları əks etdirdiyi yazılıb.

Gələn qınaqlardan sonra Meyrelles açıqlama verərək kreslonun “Candomble” adlı dini folklora aid olan bir sənət əsəri, libasların isə milli Bahai geyimləri olduğunu söyləyib.

O, daha sonra istefa verib. “Vogue” dərgisi isə üzr mesajı yayımlayıb.