"Avroviziya 2024"ün səhnə görüntüləri yayıldı - Fotolar

"Avroviziya 2024"ün səhnə görüntüləri yayıldı - Fotolar
496 dəfə oxunub
  • A-
  • A
  • A+

İsveçin Malmö şəhərində keçiriləcək "Avroviziya 2024"ün keçiriləcəyi məkanda artıq səhnə qurulub.

Axşam.az xəbər verir ki, səhnənin görüntüləri yayılıb. Səhnə dekorunda LED kublar, LED döşəmələr, yüksək təsirli işıqlandırma, video və səhnə texnologiyası əks olunub.

Qeyd edək ki, bu il yarışma İsveçin Malmö şəhərində keçiriləcək. Birinci və ikinci yarımfinallar 7 və 9 may tarixlərində, final isə 11 may 2024-cü ildə planlaşdırılıb. Azərbaycanı Fahree və İlkin Dövlətov "Özünlə apar" mahnısı ilə təmsil edəcək.

Ölkəmiz birinci yarımfinalda Ukrayna, Kipr, Polşa, Serbiya, Litva, Xorvatiya, İrlandiya, Sloveniya, İslandiya, Finlandiya, Portuqaliya, Lüksemburq, Avstraliya, Moldova ilə yarışacaq.