Aleksandr Maslyakovda xərçəng aşkarlanıb

Aleksandr Maslyakovda xərçəng aşkarlanıb
756 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyanın Əməkdar artisti, teleaparıcı Aleksandr Maslyakovun ağciyərində əməliyyatı mümkün olmayan şiş aşkarlanıb.

Axşam.az xəbər verir ki, bu barədə "Mash" teleqram kanalı məlumat yayıb. Bildirilib ki, teleaparıcının səhhətində problemlər 2022-ci ildə koronavirusa yoluxduqdan sonra başlayıb. Hazırda o, həkim nəzarəti altındadır və müalicə olunur.

Bu səbəbdən Maslyakov KVN-dən ayrılıb.

Qeyd edək ki, A.Maslyakov son iki ildə Rusiyanın "Birinci Kanal"ında nadir hallarda çıxış edib. Həkimlər ona çəkilişdən imtina etməyi tövsiyə edib. O, 1964-cü ildən KVN televiziya proqramının daimi direktoru və aparıcısı kimi 2022-ci ilə qədər çalışıb.