Balqabaq yemək üçün 10 səbəb

Balqabaq yemək üçün 10 səbəb
2767 dəfə oxunub
  • A-
  • A
  • A+

Sağlamlıq üçün faydalı tərəvəz olan balqabağın birincilər sırasında olması heç də təsadüfi deyil. 

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, bir çox xəstəliklərin müalicəsində istifadə olunan balqabaq bir çox xəstəliyə dərmandır. Onu daha çox şirə şəklində qəbul etmək məsləhətdir ki, balqabaq şirəsinin də aşağıdakı faydaları var:

1. Uzun xəstəliklərin müalicəsindən, gərgin fiziki və zehni yorğunluqdan sonra orqanizmin bərpası üçün balqabaq şirəsi ən yaxşı vasitədir.

2. Tərkibində pektinin olması ilə bu içki güclü antioksidantdır. Buna görə də balqabaq şirəsi orqanizmin xolestroldan və ağır metallardan təmizlənməsində mühüm rol oynayır.

3. Balqabaq şirəsi sidikqovucu xassəyə malikdir. Böyrək daşlarının salınması üçün təbii məlhəmdir.

4. Bu şirə maddələr mübadiləsini normallaşdırır, qaraciyərin fəaliyyətini yaxşılaşdırır, mədə-bağırsaq sisitemi üçün xeyirlidir.

5. Ürək-damar xəstəlikləri zamanı balqabaq şirəsindən istifadə olduqca faydalıdır. O həmçinin qan təzyiqini aşağı salır.

6. Əsəbilərinin daima gərgin olmasından, sinir sistemindən şikayətlənənlər üçün balqabaq şirəsi əvəzsiz içkidir. Bu içkidən istifadə etməklə qısa zamanda onun müsbət təsiri özünü göstərir.

7. Artıq çəkidən yaxa qurtarmaq istəyənlər də bu içkidən istifadə etsələr xeyrini görəcəklər. O sizi piylənmədən xilas edəcək.

8. Bu şirə qanda şəkərin də səviyyəsini aşağı salır. Buna görə də şəkərli diabet xəstəliyindən əziyyət çəkənlərə balqabaq şirəsi məsləhət görülür.

9. Balqabaq şirəsi prostat vəzin xəstəliklərinə qarşı profilaktika üçün ən yaxşı içkilərdən biri sayıla bilər.

10. Dırnaqların və saçların strukturunun qorunmasında balqabaq şirəsi faydalıdır.