Tayson bu dəfə də qorilla ilə döyüşmək istədi

Tayson bu dəfə də qorilla ilə döyüşmək istədi
11279 dəfə oxunub
  • A-
  • A
  • A+

Məşhur boksçu Mayk Taysonun zooparklardan birinin nəzarətçisinə qorilla ilə döyüşmək üçün pul təklif etdiyi iddia olunub.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, bundan əvvəl bir dəfə Nyu-Yorkda aslanla döyüşən Tayson maraqlı açıqlamalar verib.

Mayk seçdiyi qorillanın digərlərindən daha güclü olduğunu və onunla eyni qəfəsə girmək istədiyini bildirib.

O, həmçinin nəzarətçinin 10 min dolları qəbul etmədiyini və qəfəsə girməsinə icazə vermədiyini deyib.

Qeyd edək ki, Tayson bir neçə il əvvəl də pul qarşılığında aslanla döyüşmüşdü. Bunun üçün isə onun xanımı zoopark nəzarətçilərindən icazə almışdı.