Tanınmış aparıcılardan yeni fotolar

Tanınmış aparıcılardan yeni  fotolar
7190 dəfə oxunub
  • A-
  • A
  • A+
ATV telekanalının aparıcıları Elvira İsmayılova və Rüfət Ağayev birlikdə fotokameramızın qarşısına keçib.

Axşam.az-ın məlumatına görə, bir vaxtlar səhər verilişində, daha sonra radioda birlikdə aparıcılıq edən tərəflər yenidən eyni layihədə birləşməyi düşünmür. Buna baxmayaraq, Rüfət Ağayev dostluqlarının davam etdiyinid eyib:

“Yenidən birlikdə efirə çıxmağı çox istəyərdim. Amma hələ ki, Elvira bunu istəmir. Onunla tədbirlərdə birlikdə səhnəyə çıxırıq. Hazırda mən 106 FM-də çalışıram. Efirdə isə iki verilişin aparıcısıyam, bu mənə bəsdir”.

Rüfət yeni və bahalı layihə hazırladığını deyib:
 
“Bu layihəni sentyabrda reallaşdırmağı düşünürəm. Amma çox bahadır, yüksək məbləğ tələb edir. Buna görə güclü sponsor tapmalıyam”.

Elvira isə artıq çəki aldığı üçün efirdən qaçdığını bildirib:

“Bir müddət efirdə görünmək istəmirəm. Bir az arıqlayım. Həm də özümə uyğun layihə yoxdur. Radiodakı fəaliyyətimdən razıyam. Yeni layihələr təqdim etmişəm. Bəyənilsə, yeni verilişimə start verəcəyəm”.