Niyamın "çör-çöp" qalmaqalına münsiflər də qoşuldu

Niyamın "çör-çöp" qalmaqalına münsiflər də qoşuldu
2316 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Niyam Salaminin "Yenu ulduz" ifaçılarını "çör-çöp" adlandırması ətrafında qalmaqal səngimək bilmir.

Axşam.az-ın məlumatına görə, bu dəfə yarışmada münsif kürsüsündə oturan Xalq artisti Mübariz Tağıyev və "Soy" prodakşının və layihənin rəhbəri Oqtay Əliyev məsələyə fikir bildirib.

O.Əliyev saytımıza açıqlamasında "Yeni ulduz" iştirakçılarının Azərbaycan estradasındakı rolundan bəhs edib:

"Onun sözlərinin iki mənası var: əgər Niyam bunu qara, pis, atmaca, sancma fikri ilə desəydi, münasibət başqa olardı. Niyam burada bənzətmə edib. Əslində, şou-biznesi, insanları əşyaya bənzətmək düz deyil. Yenə də ümid edirəm ki, onun çörək kəsdiyi, münasibəti olduğu insanlara qarşı fikri pis olmayıb.

Amma həmin o, "çör-çöp"lər Azərbaycan estrada janrında öz sözünü demiş, dünya səhnələrini fəth etmiş gənclərdir. Safura, Aysel, Çingiz, İlhamə, Elvin, Azad Şabanov və başqaları tanınır. Bunların heç biri küncdə, bucaqda, səviyyəsiz, mənasız mahnılar oxuyub, çıxıb onla-bunla qalmaqal edənlər deyil. Onlar qısa vaxt da olsa, bir məktəb keçdilər. Həmin ifaçılar bu məktəbin əlaçı tələbələridir.

Hamımız da ümidvarıq ki, gələcək onların əlindədir. Dedikləri "çör-çöp"lər Azərbaycan estradasında balaca da olsa, imza qoyacaqlar".

M.Tağıyev isə Niyam adlı bir müğənni tanımadığını deyib:

"O, kimdir? Tanımıram... "Çör-çöp" sözünə gəldikdə isə... Onlar məktəb keçiblər, mötəbər müsabiqələrə qatılıblar. Nələr etdiklərini hamı bilir. Kiməsə "çör-çöp" deməzdən əvvəl, həmin müğənni özü gedib nəsə etsin, tanınsın, yadda qalsın. Bu cür insanların sözlərinə fikir vermək lazım deyil".

Qeyd edək ki, Niyamın "çör-çöp" ifadəsinə müğənnilər İlhamə Qasımova, Aygün İsmayılova, Elvin Abdullayev, Aysel Əlizadə öz etirazını bildirmişdi. N.Salami isə onları özlərini reklam etməkdə ittiham etmişdi.