Son günlər dünya mediasının diqqətində olan Rihanna "Interview" jurnalına müsahibə verib.

Axşam.az Rusiya mətbuatına istinadən xəbər verir ki, o, ərəb sevgilisi Həsən Camala aşiq olduğunu dilə gətirib.

Müxbirin "ana olmaq istəyirsiz" sualına "bunu həyatda hər şeydən çox arzulayıram" deyə cavab verib.

Dünya ulduzu toy haqqında isə hələlik bir tarix verməyib.  "Toyumuzun nə vaxt olacağını təkcə Allah bilir. Biz plan qurarıq, o da yuxarıdan baxıb bizə gülər", deyə müğənni bildirib.

Qeyd edək ki, "Forbes" jurnalı bu günlərdə müğənnini 600 milyon dollar sərvətinə görə dünyanın ən varlı müğənnisi seçib.



loading...


                 

Digər