Bəzən halsız olur, ruh düşkünlüyü yaşayırıq. bir çox hallarda bunu çox işləməklə və ya depressiya ilə əlaqələndirirlər.

Axşam.az ev şəraitində hazırlaya biləcəyiniz və sizə gümrahlıq verəcək məlhəmlər təqdim edir:

Enerji mənbəyi

Həyat enerjisini, iş qabiliyyətini yüksəltmək, yaz yorğunluğuna tutulmamaq, xroniki ürək-damar xəstəliklərinin qarşısını almaq üçün ev şəraitində vitaminli balzam hazırlayın:

Resept: 10 baş sarımsağın şirəsini çıxarıb, 1 kq. bal və 10 ədəd limonun şirəsi ilə qarışdırın. Məcunu soyuducuda saxlayın. Hər gün axşamlar, yeməkdən sonra  1 xörək qaşığı qəbul edin.

Halsızlığı aradan qaldırın

Xalq təbabətində sarımsaq yağından geniş istifadə olunur. Bu xeyirli məhsul skleroz, ürək-damar xəstəlikləri, əzələ ağrıları spazmı və beyin damarlarının açılmasında geniş istifadə olunur. Onu aptekdən almaq əvəzinə, evdə özünüz də hazırlaya bilərsiniz. Orta ölçülü 4-5 sarımsağı təmizləyib, sıyıq halına düşənə kimi əzin. Şüşə qaba qoyub, üzərinə 1 stəkan süzülməmiş (təmizlənməmiş) bitki yağı əlavə edib qarışdırın. Yağı soyuducunun aşağı gözündə saxlayın. Bir gün sonra ondan istifadə edə bilərsiniz.

İstifadə qaydası: 1 xörək qaşığı limon şirəsinin üzərinə 1 çay qaşığı sarımsaq yağı töküb, qarışdırın. Və bunu hər gün yeməkdən yarım saat əvvəl qəbul edin. Bir kurs müalicə 1-3 aydır. Sonra 2 ay fasilə verib, yenidən təkrarlamaq olar.

Yorğunluğu aradan qaldıran məlhəm

Əgər yorğunsunuzsa, enerjiniz tükənibsə, qanınız qaralıbsa, o zaman mixəyin sehrli gücündən istifadə edin.
İşə və ya vacib görüşə getməmişdən əvvəl yanaqlarınıza  bir neçə mixək qoyun. Mixək qorxu, həyəcan hissini azaldıb, qüvvəni bərpa edər, yaddaşı gücləndirər, ağrı-acını yaddan çıxartmaqda kömək edər, əsəb gərginliyini aradan qaldırar. Bundan əlavə, qara fikir və baxışlardan sizi qoruyacaq.



                 

Digər