Şeymanın Acuna yazdığı mesaj canlı yayımda nümayiş edildi

Şeymanın Acuna yazdığı mesaj canlı yayımda nümayiş edildi
6030 dəfə oxunub
  • A-
  • A
  • A+

TV8-in rəhbəri Acun Ilıcalı "Gel konuşalım" proqramına qonaq olub.

Axşam.az xəbər verir ki, veriliş zamanı Acun telefonunda olan bir videonu tamaşaçılara izlətdirib. Həmin an Ilıcalıya keçmiş arvadı Şeyma Subaşıdan mesaj gəlib.

Mesaj kameralara tuş gəlib. Məktubda isə "Salam Acun, nə vaxt görüşək? Tarixi danışmalıyıq. Mayami oteli və pulla bağlı başqa bir şey danışacam" sözləri yer alıb.

 

Görüntülər qısa vaxtda bütün sosial şəbəkədə və mətbuatda yayılıb. Müzakirələrə səbəb olan mesajla bağlı Şeyma açıqlama yayıb.

"Acuna yazdığım mesajın canlı yayımda çıxması ilə bağlı bir şey demək istəyirəm. Belə bir hal kimin başına gələ bilər? Əlbəttə ki, Şeyma Subaşının... Xeyirlisi belə imiş. Acunla bir övladımız var, bizim danışacağımız maddi-mənəvi məsələlər olmalıdır. Bunlardan birinin canlı yayıma çıxması, mənim taleyimdir. Qızımız Melisa bizim üçün ilk sıradadır. İnşallah, başqa yerə yozulmaz" deyə, o, söyləyib.