Sezen Aksu 1 milyon xərc çəkdiyi evdən imtina etdi - fotolar

Sezen Aksu 1 milyon xərc çəkdiyi evdən imtina etdi - fotolar
1339 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyənin pop kraliçası Sezen Aksu yeni aldığı evdə yaşamaqdan imtina edib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bəstəkar-müğənni İstanbulun Bəylərbəyi səmtindəki üçmərtəbəli evi bir şirkətə 10 min lirəyə (təxminən, 4 min AZN) icarəyə verib. Bu hadisə həmin ərazidə yaşayanların da əhvalını pozub.

Qeyd edək ki, sözügedən evdə türk şair Mehmet Akif Ersoy yaşayıb. Sezen Aksu evi 350 min lirəyə alıb, daha sonra 600 min lirədən çox xərc çəkərək öz zövqü ilə dizayn etdirib.