Azərin millət vəkilinin bəstəsini TRT-də səsləndirdi

Azərin millət vəkilinin bəstəsini TRT-də səsləndirdi
1853 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Azərin  millət vəkili Qənirə Paşayevanın “Qarabağ” kompozisiyasını Türkiyə səhnəsində səsləndirib.

Axşam.az-ın məlumatına görə, Хоcalı faciəsinin 21-ci ildönümü münasibətilə TRT Avaz telekanalında, “Azərinlə bir Avaz” verilişinin xüsusi buraxılışı olub.

Proqramın aparıcısı Azərin həmin gecə səhnəyə üzərində “Xocalı”ya aid yazılar olan libasla çıxıb.

Qənirə Paşayeva Qarabağ dərdimizi, əsasən Xocalı soyqırımını bir daha önə çəkmək məqsədilə Azərin xanımla xüsusi kompozisiya hazırlayıb. Sözləri millət vəkilinə, müsiqisi Zümrüd Tağıyevaya məxsus olan “Qarabağ” kompozisiyası ilk dəfə olaraq həmin gecə səslənib.

Proqramda “Xoca” filmindən olan təsirli kadrlar da tamaşaçılara təqdim olunub.