“Möhtəşəm yüz il”in aktyorlarının Soma kədəri

“Möhtəşəm yüz il”in aktyorlarının Soma kədəri
3215 dəfə oxunub
  • A-
  • A
  • A+

 Türkiyədə baş verən Soma faciəsi bütün xalqı hüznləndirib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, serialların çəkiliş meydançasında da aktyorlar, yaradıcı heyət öz kədərini müxtəlif üsullarla bildirir.

Bunlar arasında “Bu günün saraylısı”, “Güneşi Beklerken”, “Möhtəşəm yüz il” və digər serialların aktyor heyəti var. Onlardan bəziləri müxtəlif plakatlarla Soma faciəsindən təəssüfləndiyini bildirsə də, Engin Öztürk, Aras Bulut İynemli, Sarp Akkaya, Kərəm Bursin kimi aktyorlar üzlərini kömürlə boyayaraq fotolar çəkdiriblər.