Ayanın Naxçıvan gəzintisi - fotolar

Ayanın Naxçıvan gəzintisi - fotolar
3866 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Ayan Babakişiyeva Naxçıvan Muxtar Respublikasının Babək rayonunda Qurtuluş Gününə həsr olunmuş solo-konsert proqramı ilə çıxış edib.

Axşam.az-ın məlumatına görə, şəhər icra nümayəndəliyinin təşkil etdiyi konsertdə sənətçi həm vətənpərvər mövzulu, həm də repertuarındakı sevilən mahnıları səsləndirib. Müğənninin çıxışını çoxlu sayda şəhər sakini və rəsmi nümayəndələr izləyib. Konsertdən böyük əhval-ruhiyyə ilə ayrılan sənətçi ertəsi gün Naxçıvanda gəzintiyə çıxıb. Buranın təbiətinin gözəlliyinə heyran qalan sənətçi təəssüratlarını bölüşüb:
 
“Naxçıvanlıların qonaqpərvərliyinə söz ola bilməz. Təbiətin və şəhərin gözəlliyi və təmizliyi insanı valeh edir. İnşallah, qismət olsun, Naxçıvana səfərimi davamlı edəcəm”.