Azərbaycanlı milyarderin ortağı qızına toy etdi – fotolar

Azərbaycanlı milyarderin ortağı qızına toy etdi – fotolar
14376 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyanın “Lukoyl” neft şirkətinin və “Spartak” futbol klubunun prezidenti, azərbaycanlı milyarder Vahid Ələkbərovun ortağı Leonid Fedunun 24 yaşlı qızı Yekaterina Fedun komandanın meneceri İohan Qeraskinlə ailə qurub.
 
Axşam.az Rusiya mətbuatına istinadən xəbər verir ki, İstanbulda “Ciragan Palace Kempinski”də təşkil edilən toy mərasiminə tanınmış simalar qatılıb. Məclisdə teleaparıcı-aktrisa Viktoriya Bonya və Aleks Smertfit cütlüyü, reper T-Killah, prodüser Olqa Rudenko kimi qonaqlar olub. Gecəyə Vera Brejneva və Nikolay Baskov aparıcılıq edib. Valeriy Meladze isə gənclərin şərəfinə romantik balladalarını səsləndirib.

Y.Fedun mərasimdə 3 gəlinlik geyinib. Onlardan ikisi “Zuhair Murad” və “Elie Saab Couture”dən olub.