"Qu gölü" baleti

"Qu gölü" baleti
277 dəfə oxunub
  • A-
  • A
  • A+
Böyük rus bəstəkarı Pyotr İliç Çaykovskinin "Qu gölü" baleti klassik balet sənətinin ən gözəl nümunələrindən biridir. Bu əsəri öz repertuarına daxil etməyən balet truppası tapmaq çətindir. Baletin ilk tamaşasını 1895-ci ildə məşhur baletmeysterlər Petipa və İvanov hazırlayıblar. Lakin ömür vəfa etməyib və bəstəkar bu baletin tamaşasını görməyib. "Qu gölü" Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında 1940-cı ildə tamaşaya qoyulub. SSRİ Xalq Artisti Qəmər Almaszadə Petipa və İvanovun klassik quruluşu əsasında xoreoqrafik versiya yaradıb.

"Qu gölü" uzun illərdir ki, teatrın repertuarındadır. Bu tamaşada əsas rollarda Teatrın balet truppasının solistləri ilə yanaşı mütəmadi olaraq dünyanın ən istedadlı və tanınmış balet sənəti ulduzları çıxış edirlər.

22 Noyabr. 19:00. Biletlərin qiyməti 22-33 AZN arasındadır.