Seksdən siyasətə gələn on qadın

Seksdən siyasətə gələn on qadın
3729 dəfə oxunub
  • A-
  • A
  • A+

Məşhur “Forbes” jurnalı pornodan siyasətə gələn qadınların siyahısını dərc edib.

Axşam.az Qafqazinfoya istinadən siyasətçi olan 10 pornoulduzu təqdim edir:

1. Stefani Qreqori Klefford (Stormi Deniels) – Luiziana ştatının senatoru postuna namizəd.

Daha çox Stormi Deniels kimi tanınan Stefani Qreqori Klifford 120-yə yaxın erotik filmlərdə çəkilib. O, siyasətə 2010 – cu ildə qatılıb. Lakin tez bir zamanda siyasətdən uzaqlaşıb.

2. Meri Keri – Kaliforniyanın qubernatoru vəzifəsinə namizəd.

1980 –ci ildə doğulmuş Meri Keri 30 yaşına qədər 80 –dən artıq müxtəlif filmlərdə açıq xarakterli rollarda oynayıb. Onun siyasətə gəlişi 2003 – cü ilə təsadüf edir. Belə ki, Meri Kaliforniyanın qubernatoru vəzifəsinə müstəqil şəkildə namizədliyini irəli sürüb. Onun məsuliyyətli post uğrunda mübarizəsi təmamilə simvolik və reklam xarakteri daşıyıb. 3 ildən sonra o, posta namizədliyini yenidən irəli sürüb, lakin budəfəki cəhdi də uğursuzluqla nəticələnib. Keri ailəsindəki şəxsi problemlərlə bağlı geri çəkilib.

3. Milli Dabbraçço – İtaliya parlamentində deputatlığa namizəd (2008 – ci il).

Dabbraçço 20 –dən artıq erotik filmdə çəkilib. 2008 –ci ildə o öz gücünü siyasətdə sınamaq qərarına gəlib. Seçkilərə Sosialist partiyasından qoşulub, lakin uduzub.

4. Fiorella Rubino – İtaliya parlamentinin deputatı (2008 – 2013 –cü illər).

Fiorella rejissoru Tinto Brassın olduğu sadəcə bir erotik filmdə çəkilib. Siyasətə qatıldığı vaxta qədər teatr aktrisası olub. Şekspirin pyeslərinin səhnələşdirildiyi ciddi səhnələrdə rol alıb. Lakin 2008 –ci ildə teatrı siyasətə dəyişərək deputatlığa namizəd olub. O, seçkiərə “Xalq azadlığı” partiyasından qoşulub və qalib gəlib. Onun mandatı bir müddət öncə - bu ilin martında bitib.

5. Moanna Poççi – “Sevgi” partiyasının həmtəsisçisi, İtaliya parlamentində deputatlığa namizəd (1992 –ci il).

Pornoaktrisa Moanna Poççi qısa ömrü ərzində yüzlərlə filmə çəkilib. Lakin bu filmlərin hamısı erotik məzmunlu olmayıb. O, 1992 –ci ildə Çiççolini ilə birlikdə fahişəxanaların qanuniləşdirilməsi və məktəblərdə seks – tərbiyənin tətbiqini əsas tutan “Sevgi” partiyasını yaradıb. Partiya seçkilərdə sıradan çıxsa da, Poççi ilə Çiççolininin məşhurluğu pik həddə çatıb. Lakin Moanna bu məşhurluqdan kifayət qədər istifadə edə bilməyib. O, seçkilərdən 2 il sonra – 33 yaşında qaraciyər xəstəliyindən vəfat edib.

6. Merilin Çambers – ABŞ-ın vitse prezidentliyinə namizəd.

Çembers 36 porno filmə çəkilib. Artıq məşhurlaşandan sonra siyasətə qatılmaq qərarına gəlib. O, ABŞ-ın vitse – prezidenti postuna iki dəfə namizədliyini irəli sürüb. 2004 və 2008 –ci illərdə bu post uğrunda mübarizəyə qoşulsa da qalib gələ bilməyib. 2009 – cu ildə dünyasını dəyişib.

7. Sindi Li – Fransa prezidenti postuna namizəd.

Striptizçi Sindi Li iki dəfə - 2007- cil il və 2012 – ci ildə prezidentlik postu ğurunda mübarizə aparıb. Və hər dəfə rüsvay olub. Onun seçki kompaniyasının proqramını kameralar qarşısında soyunmaq, erotik məzmunlu bəyanatlar və şüarlar təşkil edib.

8. Anna Errousmit – Böyük Britaniyada Liberal Demokratlar partiyasından Palataya üzvlüyə namizəd.

Anna porno filmlərə çəkilməyib, çəkib. O, 250-də artıq erotik məzmunlu filmlər çəkib. 2010 – cu ildə o, Palata üzlüyünə namizədliyini irəli sürüb, lakin qələbə çalmayıb.

9. Anna Staller – İtaliya parlamentinin deputatı (1987 – 1992 – ci illər).

Staller 1970 – 80-ci illərdə bir çox porno filmlərdə çəkilib, eyni zamanda radio və televiziyalarda keçirilən porno şoularda iştirak edib. Anna (Əsl adı Çiççolini olub) siyasətdə ilk addımını 1979 –cu ildə atıb. O, İtaliya parlamentinə “Lista del Sole” partiyasından namizəd olub, amma seçkilərdə uduzub. Deputat kürsüsündə oturmaq Stallerə 8 ildən sonra qismət olub. Bununla da o, “dünyada siyasətə gələn ilk pornoaktrisa” statusunu qazanıb. Məhz Çiççolininin sayəsində İtaliya tarixində 62 ildir ki, “pornoaktrisaların deputatlıq dövrü” davam edir.

10. Yelena Berkova – Soçi meri postuna namizəd.

Rusiyanın məşhur “Dom -2” realiti- şousunda iştirak etmək Yelenaya həm uğur gətirib, həm də məşhurluq qazandırıb. O, 2009 – cu ildə Soçi meri postuna namizədliyini irəli sürüb. O, mer olmaq arzusunu digər bir namizəd – Boris Nemçova pislik etmək istəyilə əlaqələndirib. Nəinki Nemçov, pornoaktrisa da qalib gələ bilməyib.