“İnsan çörək yediyi qaba tüpürməz” – Səməd Səmədovdan açıqlama

“İnsan çörək yediyi qaba tüpürməz” – Səməd Səmədovdan açıqlama
2188 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Səməd Səmədov ayrıldığı duet ortağı Sevda Əliqızının onun haqqında işlətdiyi ifadələrlə bağlı açıqlama verib.

Müğənni Axşam.az-ın əməkdaşı ilə söhbətində tərəf-müqabilindən ayrılma səbəbini söyləyib:

“Sevda gözəl müğənnidir, anadır, nənədir, dostdur. Mən heç vaxt ona “qocalmısan” demərəm. Özü mənə dedi ki, tək oxumaq istəyirəm, uşaq-muşaq əməkdar artist adı alıb, mən qalmışam. 15 bil bir yerdə oxumuşuq. Dedim ki, ayrılsaq da, sənə hər toydan 100 manat verəcəm. Elə bildim ki, canla-başla vidalaşdıq. Amma götürüb belə bir açıqlama yayıb. Sevda mənə mesaj yazıb ki, hər ay mənə 1000 manat ödəməlisən. Birlikdə toya getmiriksə, niyə ona pul ödəyim? Mən Səməd olduğum üçün 100 manatı verirəm. Sevdanı heç kim tanımırdı. Onu bütün Azərbaycana mən tanıtdım. Dünyada bütün duet ortaqları gec-tez ayrılır. Mən qərara gəldim ki, bu sözə görə onunla oxumayacam. Qarğış edir. Qarğışın iki ucu var. Məhərrəmlik günüdür. İnsan çörək yediyi qaba tüpürməz. Mirzə Babayev 90 yaşınacan oxuyub. Mən də o yaşıma qədər oxuyacam. Sevda haqqında da “qocalıb” sözünü demərəm, hələ cavandır. Ola bilər ki, bir müddət gündəmdə olsun”.

Qeyd edək ki, S.Səmədovun prodüseri Rövşən Cəfərovun mobil nömrəsinə yazdığı SMS-də xalq artistini "kaftar" adlandıran S.Əliqızı duet ortağı ilə bağlı bu açıqlamaları verib:

“Məhərrəmlik girməzdən bir gün öncə toydan mehriban sağollaşıb ayrılmışıq. Bir neçə gün sonra Səmədin prodüserindən mənə zəng gəldi. Dedi ki, Səməd müəllim deyir, “mən ansambla yeni müğənni götürürəm. Sevdaya isə hər toydan sadəcə 100 manat verə bilərəm. O artıq qocalıb. Mən onunla oxuya bilmərəm”. Mən isə, əlbəttə ki, bir anlıq dondum qaldım və təbii olaraq bununla razılaşmadım”.