Emin yeni albomundan danışdı

Emin yeni albomundan danışdı
1580 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni, bəstəkar Emin yeni albom üzərində işləyir.

Axşam.az-ın məlumatına görə, o, albomu üçün Amerikanın tanınmış prodüser və bəstəkarı Ali Di ilə bir araya gəlib. Di ilə bərabər albom üzərində onun komandası “Dee Town Entertainment” da çalışır.
Bu işbirliyinin böyük rezonans yaradacağını deyən Emin rəsmi internet səhifəsində albom hazırlıqları haqda danışıb:

“Ali Di olduqca istedadlı prodüser və işinin peşəkarıdır. O, mənim musiqi əhvalımı hiss etməyi bacarır. Artıq mahnılarımda istədiyim effekti ala bilmişəm. Əminəm ki, məhz bu albom pərəstişkarlarımın da xoşuna gələcək”.

Qeyd edək ki, Ali Dinin rəhbəri olduğu “Dee Town Entertainment” prodüser şirkəti “Dəmir adam”, “Transformerlər”, “Böyük şəhərdə seks”, “Mister və Missis Smit” kimi məşhur filmlərin soundtreklərini hazırlayıb.