Avtomobilindən enmədən alış-veriş etdi - fotolar

Avtomobilindən enmədən alış-veriş etdi - fotolar
1968 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Bülənt Ərsoy ötən gün Yeni il alış-verişi üçün Nişantaşına yollanıb.

Axşam.az “Hürriyət”ə istinadən xəbər verir ki, getdiyi mağazaların qarşısında avtomobilindən enmədən gözləyən sənətçi istədiklərini köməkçisinə sifariş edərək aldırıb. Çantaları maşınına gətirdən B.Ərsoy bir qutu şokolad da alıb.

Jurnalistlər müğənnidən şokoladın kimə gedəcəyini soruşduqda isə o, “Qarışmayın. Siz deyin görüm, ürəyiniz istəyir?”, - deyə cavab verib.

B.Ərsoy daha sonra qutunu açaraq müxbirlərə şokolad təklif edib.