Tuba Özay "yumruq davası"ndan danışdı

Tuba Özay "yumruq davası"ndan danışdı
1711 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Tuba Özay eyni məkanda səhnəyə çıxdığı həmkarı Ebru Poladla yumruqlaşması iddiası haqda danışıb.

Axşam.az “Sabah”a istinadən xəbər verir ki, Tuba telefonla əlaqə saxladığı verilişlərin birində yazılanların yalan olduğunu deyib:

“Hamısı uydurmadır. Nə qədər xoşagəlməz və çirkin informasiyadır. Bir qədər əvvəl iflic olduğumu yazmışdılar. O da yalandır. İndi də bunu yayıblar. Ebru xanımla eyni kulisi paylaşırdıq. Səhnədən düşəndə Ebru ilə görüşdüm, uğurlar diləyib getdim. Başqa heç nə olmadı”.
 
Qeyd edək ki, ötən gün türk mediasında Tuba Özayla Ebru Poladın məkanların birində dalaşdığı, müğənnilərin hətta yumruqlaşdığı barədə məlumatlar yayılmışdı.