Xalq artistinin avtomobilinin bahalı nömrəsi

Xalq artistinin avtomobilinin bahalı nömrəsi
1764 dəfə oxunub
  • A-
  • A
  • A+

2013-cü ilin modeli olan qırmızı rəngli “Cadillac” ATS-in qiyməti 70 min, Chevrolet Camaro-nun qiyməti isə 50 mindir.

Aygün Kazımova özünə bir həftədə iki avtomobil alıb. Xalq artistinin bir neçə gün əvvəl aldığı 2013-cü ilin modeli olan qırmızı rəngli “Cadillac” ATS markalı maşının qiyməti 70 min AZN civarındadır.

Dünən isə Aygün Kazımova daha bir avtomobil alıb. Bu dəfə isə o, Chevrolet Camaro markasına müraciət edib. Bu avtomobil də 2013-cü ilin modelidir və qiyməti 50 min AZN-dir. Fotodan gördüyünüz kimi xalq artistinin yeni maşınının markası ilə yanaşı nömrəsi də cazibədardır. Məlumdur ki, ilk baxışdan gözoxşayan bu nömrələr yüksək məbləğə başa gəlir.

Aygün Kazımova da 99 DT 999 dövlət nömrə nişanını əldə etmək üçün nə az, nə çox 15-20-min AZN-dən keçib.

Mənbə: qafqazinfo