“Tarkan olmaq üçün sponsor lazımdır”

“Tarkan olmaq üçün sponsor lazımdır”
1126 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyə mətbuatı Meqastar Tarkanın “ATV” telekanalında müzakirə olunduğu veriliş haqda yazı hazırlayıb.

Axşam.az-ın məlumatına görə, yazıda bildirilir ki, Azərbaycan ifaçıları fikir ayrılığına düşüblər.

“Yerli verilişlərdən birinə qonaq olan estrada müğənniləri Tarkana heyranlıqlarından danışıblar. Tarkanı yerə-göyə sığdırmayan ifaçılar daha sonra özlərini onunla müqayisə ediblər. Elçin Cəfərov, İzzət Bağırov, Samir Cavadzadə, Xəyyam Nisanov, Samir Piriyev kimi azərbaycanlı müğənnilər sponsor tapacaqları təqdirdə Tarkana rəqib ola biləcəklərini deyiblər. “Şıkıdım”, “Adını qəlbimə yaz”, “Dön bəbəyim” kimi meqastarın mahnılarını oxuyan ifaçılar “Niyə Azərbaycandan Tarkan çıxmır?” sualına maraqlı cavablar veriblər.

Samir Piriyev: “Meqastar olmaq üçün sponsor lazımdır. Mənə də iki milyon versələr, ulduz olardım. Adaşım Samir Cavadzadəni Tarkan yox, Murad Boz səviyyəsində görürəm”.

Xəyyam Nisanov: “Tarkanla müqayisədə bizdə kompleks olduğunu görürəm. Amma Azərbaycanda da yaxşı musiqiçilər az deyil. Tarkan statusunu itirməkdən qorxduğu üçün “Eurovision”a qatılmır. Bizim sənətçilərimiz tanınmadıqları halda müsabiqəyə qatıldılar və qalib oldular”.

İzzət Bağırov: “Tarkanın gücü mahnılarındadır. Həm də çox yaxşı rəqs edir. Onun imkanları məndə olsaydı, Tarkandan daha məşhur ulduz olardım”.

Samir Cavadzadə: “Tarkan çox sevdiyim və hörmət etdiyim müğənnidir”.