"Yalnız həyat yoldaşım olacaq kişini sevəcəm" - Günay Firudinqızı

"Yalnız həyat yoldaşım olacaq kişini sevəcəm" -  Günay Firudinqızı
9845 dəfə oxunub
  • A-
  • A
  • A+

ATV-nin aparıcısı Günay Firudinqızı ikinci dəfə ailə qurmaq istəyir.

Aparıcı bu haqda Axşam.az-ın əməkdaşı ilə söhbətində deyib.

O, ilk ailəsindən, oğlundan da bəhs edib:

“Əvvəl ikinci dəfə ailə qurmaq istəmirdim. Birincidən gözüm qorxub, ikinciyə ehtiyat edirdim. Amma indi ailənin məsuliyyətini daha ciddi dərk edirəm. Bu günə kimi çox evlilik təklifi almışam. Ailəm məsləhət görmədi deyə razılaşmadım. Hər zaman övladı, əsasəndə qızı olan xanımın ikinci dəfə ərə getməsinə pis baxmışam. Hətta düşünmüşəm ki, oğlumun üstünə yad kişi qışqırsa, dəli olaram. Oğlum çox mühafizəkardır. Geyimimə belə qarışır. Rayonlara çəkilişə gedəndə mütləq yanımda olmalıdır. İndi ikinci dəfə ərə getməyə normal baxıram. Ailəmin məsləhət görəcəyi biri ilə evlənərəm. İlk ayrılığımdan sonra heç vaxt sevməmişəm. Mənim kiməsə vurulmaq, sevgi macərası yaşamaq yaşım keçib. İndi ürəyim susub, ağlım danışır. Yalnız həyat yoldaşım olacaq kişini sevəcəm”.