Bakıda fərqli flaş-mob keçirilib - fotolar

Bakıda fərqli flaş-mob keçirilib -  fotolar
1661 dəfə oxunub
  • A-
  • A
  • A+

Rəqqas İlham Kərimli sağlamlıq imkanları məhdud gənclərlə flaş-mob hazırlayıb.

Axşam.az-ın məlumatına görə, flaş-mobda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sağlamlıq imkanları məhdud gənclərinin peşə reabilitasiya mərkəzinin üzvləri iştirak edib.

İ. Kərimli bununla Azərbaycanda ilkə imza atdığını deyib:

“Belə bir hadisə Azərbaycanda ilk dəfə baş verir. 30 nəfər qız və oğlan bu tədbirdə iştirak etdi. Bu gənclərlə işləmək mənə xoş oldu. Məqsədimiz budur ki, həmin insanlar cəmiyyətdən, ictimaiyyətdən uzaq qalmasınlar və normal həyata adaptasiya olsunlar. Hansı ailədə bu cür gənc varsa, dörd divar arasından çıxarılmalıdır. Bu flaş-mobla biz göstərmək istədik ki, sağlamlıq imkanları məhdud gənclər də cəmiyyətdə azad hərəkət edə bilər”.

Novruz bayramına həsr edilən tədbir dəvə karvanı yürüşü ilə davam edib.