Elçinin Ukraynalı gözəllə baş tutmayan arzusu

Elçinin Ukraynalı gözəllə baş tutmayan arzusu
1129 dəfə oxunub
  • A-
  • A
  • A+
Yeni ili Ukraynada qeyd edən Elçin Cəfərovun orada çəkdirəcəyi klipi baş tutmayıb. Müğənni axşam.az saytına açıqlamasında ona mane olan səbəblərdən danışıb.

“Klipdə ukraynalı modellə çəkilməliydim.Burdan gedəndə bəzi problemlər çıxdı, beləcə planımız alınmadı. Amma burada klipi reallaşdıracağıq. Bu il albomumdakı bütün mahnılara klip çəkdirəcəm. Növbədə “Susma belə” mahnısı var. Onu ssenarisi fərqli olacaq. Hətta deyə bilərəm ki, tamaşaçılara qısa film təqdim edəcəm” deyən Elçin Ukraynadan əliboş gəlməyib.

Belə ki, Ukraynada bir dostu müğənniyə bahalı saat hədiyyə edib. Elçin hətta bu il solo konsert də verəcəyini bildirib.