Elnur: "Ebru Gündəşin ümidlərini doğrultdum" - video+fotolar

Elnur: "Ebru Gündəşin ümidlərini doğrultdum" -  video+fotolar
3111 dəfə oxunub
  • A-
  • A
  • A+
“Eurovision 2015” təmsilçimiz Elnur Hüseynov ötən gün Vyanada yarışma ilə bağlı keçirilən mətbuat konfransına qatılıb.

Axşam.az-ın məlumatına görə, ifaçı səhnə fəaliyyəti ilə bağlı bəzi sualları cavablandırıb:

“Özümü ulduz hesab etmirəm. Dostlarımdan, insanlardan fərqlənmirəm. İnsanlar eyni səviyyədədir. Mən sadə insanam. Hazırda səhnə performansım üzərində çalışıram. Hər çıxışımda mahnını əhvalıma uyğun oxuyuram. Amma çalışacam yarımfinalda orijinal versiyasını təqdim edim. Hazırda çalışdığım heyət çox peşəkardır. “O səs Türkiyə”yə gedəndə inanmırdım ki, qalib olacam. Addım-addım irəlilədim. Hər verilişdə tamaşaçının marağının artdığını gördüm. Sevindim ki, müəllimim Ebru Gündəşin ümidlərini doğrultdum. Bizdə hər şey gözəl alındı”.

Tədbir zamanı E.Hüseynov Azərbaycan mahnısı oxuyub. Onun bu addımı alqışlarla qarşılanıb.

Qeyd edək ki, “Eurovision-2015” mayın 19-dan 23-dək keçiriləcək. Təmsilçimiz “Hour of the Wolf” mahnısını oxuyacaq.