Nərgiz Paşayeva xeyriyyə auksionu keçirdi

Nərgiz Paşayeva xeyriyyə auksionu keçirdi
3844 dəfə oxunub
  • A-
  • A
  • A+

Ötən həftə Azərbaycan Dövlət Filarmoniyasında İngiltərə–Azərbaycan Xeyriyyə Cəmiyyətinin təşkilatçılığı ilə aksiya keçirilib.

Axşam.az-ın “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, tədbirdə  Xeyriyyə Cəmiyyətinin həmsədri, Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, filologiya elmləri doktoru, professor Nərgiz Paşayeva da iştirak edib. Xeyriyyə aksiyasında toplanan vəsait Şüvəlan sanatoriyasında nəfəs yolları xəstəliklərindən əziyyət çəkən 35 uşağı müalicəsinə, sanatoriyanın təmirinə, Lökbatanda yerləşən və ürək xəstəliklərindən əziyyət çəkən uşaqların müalicə aldıqları sanatoriyanın təmirinə sərf olunacaq.

Tədbiri giriş sözü ilə açan Nərgiz Paşayeva bütün iştirakçıları salamlayıb və cəmiyyətin fəaliyyətindən bəhs edib.

Tədbirin sonunda auksion təşkil edilib və toplanan vəsait yeni xeyriyyə layihələri üçün nəzərdə tutulub.