Nailə Mirməmmədli arzusuna çatdı

Nailə Mirməmmədli arzusuna çatdı
1955 dəfə oxunub
  • A-
  • A
  • A+

Bəstəkar Nailə Mirməmmədli illərdir arzusunda olduğu simfonik orkestrı nəhayət ki, hazır edib.

Nailə xanım Axşam.az saytına açıqlamasında orkestrın 40 nəfərdən ibarət olduğunu deyib:

“Bu, mənim çoxdankı arzum idi. Nəhayət ki, etno estrada simfonik orkestrı düzəltdim. İndiyədək Azərbaycanda heç kim bunu etməyib. Orkestrda həm milli, həm estrada, həm də simfonik alətlər var. Röyanın üç mahnısını onun xəbəri olmadan bu orkestrla səsləndirmişəm. Onun konsertlərində orkestrdan istifadə edəcəyik”.

Bəstəkar orkestrı yaratma səbələrindən də danışıb:

“Yaninin konsertinə baxanda məni ağlamaq tutur. Orada erməni balaban ifaçıları bizim şur muğamımızı səsləndirir, dünyaya öz musiqiləri kimi tanıdırdılar. Ondan təsirlənib bu orkestrı yaratdım. İndi bütün dünyaya çatdıracağam ki, bunlar əslində Azərbaycan musiqisidir”.