Corabla yatmağın təhlükələri

Corabla yatmağın təhlükələri
7551 dəfə oxunub
  • A-
  • A
  • A+
Qış ayları yaxınlaşdıqca, çoxlarımız yatağımıza üşüməmək üçün corabla giririk.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, alimlərin araşdırmalarına görə isə, əslində bu, həyatımız üçün çox böyük təhlükə yaradır.

Corabla yatmağın yaratdığı təhlükələr:
 
Corab rezinlərinin uzun müddət ayağımızı sıxması nəticəsində həmin nahiyyədə qan dövranı pozulur.
 
Qan dövranının pozulması isə, göyərmələrə, dərinin qurumasına və dırnaqların formasını dəyişməsinə səbəb olur.

Corabla yatmaq tərləməyə və ayaqların havasız qalmasına səbəb olduğundan göbələk
xəstəliyinin yaranmasına gətirib çıxarır. Bu hətta damarların belə çıxmasına şərait yaradır.

Corablarda qalan yuyucu toz artıqları dəri ilə uzunmüddətli təmasdan sonra allergik qaşıntılara, qızarma və qabıqların yaranmasına səbəb olur. Buna görə gecə yatarkən corablar çıxarılmalı, ayaqqabılar ayağı tərlətməyən, pambıq corablarla geyinilməli və hər gün dəyişdirilməli, yuyulduqdan sonra yaxşı durulanmalıdır.

Dırnaqlar ətə batmayacaq şəkildə düzgün kəsilməli, gigiyenik olmayan alətlərlə pedikür edilməməli, ayaqları yuduqdan sonra barmaq araları yaxşıca qurulanmalı və uyğun ayaq kremindən istifadə edilməlidir.

Bunlara diqqət edilməzsə, ayaqda ortopedik pozuntular yarana bilər.

Dırnaq infeksiyaları bir sıra dermotoloji problemlərə də yol aça bilər.