“Axşam səfası” Şəkidə konsert verdi

“Axşam səfası” Şəkidə konsert verdi
1236 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyə səfirliyinin Mədəniyyət və Tanıtım Müşavirliyinin təşkilatı dəstəyi ilə Şəkidə keçiriləcək ənənəvi “İpək Yolu Beynəlxalq Musiqi Festivalı”na gələn “Axşam səfası”nın  möhtəşəm konserti baş tutub.

Axşam.az-ın məlumatına görə, “TRT” kanalının sevilən proqramlarından biri olan “Axşam səfası” kollektivi Şəki tamaşaçıları üçün türk sənət musiqisi və azərbaycan xalq mahnıları səsləndiriblər.

Konserti izləyənlər sırasında Türkiyə səfirliyinin mədəniyyət və tanıtım müşaviri Seyit Ahmet Arslan, Türkiyənin Konya vilayətinin bələdiyyə başçısı Sərdar Kabakçı, Şəki şəhər icra başçısı Elxan Usubov, TRT-nin Azərbaycan təmsilçisi Yüksəl Dəğərcan və digər tanınmış siyasət, sənət adamları iştirak ediblər. Konsert zamanı “Axşam səfası” mədəniyyət və tanıtım müşaviri Seyid Ahmet Arslana xüsusi təşəkkürlərini bildiriblər.

Müşavir Seyid Ahmet Arslan “Mən bu festivalı təşkil edən bütün qurumlara, xüsusi ilə Şəki şəhər icra başçısına öz minnətdarlığımı bildirirəm. “Azərbaycan candır,  Şəki isə bizim canımızdır”-deyə qeyd edib.

Onu da deyək ki, “Axşam səfası” kollektivinin konserti çərçivəsində Azərbaycanın xalq artisti  Məleykə Əyyubova və müğənnilər Lalə və Nurkan cütlüyü də öz ifalarını nümayiş etdiriblər.