Gövhər Həsənzadə müğənnilərin Türkiyədə konsertini edəcək

Gövhər Həsənzadə müğənnilərin Türkiyədə konsertini edəcək
1623 dəfə oxunub
  • A-
  • A
  • A+
Bəstəkar Gövhər Həsənzadənin rəhbərlik etdiyi “Govkhar group” yerli sənətçilərimizin Türkiyədə konsertlərinə start verir.
 
Axşam.az-ın müxbirilə söhbətində bu barədə Gövhər Həsənzadənin özü bildirib.

Onun sözlərinə görə, qardaş ölkədə konserti olacaq ilk müğənninin adını hələ ki, açıqlamaq istəmir:

“Yalnız onu deyim ki, Azərbaycanın sevilən, məşhur sənətçilərindən biridir”.

G.Həsənzadə həmçinin bildirib ki, yaxın günlərdə Skandinaviyaya yola düşəcək:

“Orada bir şirkətlə işbirliyi quracağıq. Bizim müğənnilərin konsertlərini həmçinin Avropa ölkələrində təşkil etmək planda var".