“Dolu” Gürcüstanda nümayiş olunacaq

“Dolu” Gürcüstanda nümayiş olunacaq
1214 dəfə oxunub
  • A-
  • A
  • A+

Gürcüstan-Azərbaycan Mədəni Əlaqələr Assosiasiyasının 20 Yanvar faciəsinin növbəti ildönümü ilə bağlı Tiflisdə təşkil edəcəyi tədbirdə, kinorejissor Elxan Cəfərovun “Dolu” filmi təqdim olunacaq.

Axşam.az-ın məlumatına görə, Qarabağ müharibəsində Vətən uğrunda son nəfəsinə qədər döyüşən Azərbaycan oğullarının qəhrəmanlığından bəhs edən filmin Gürcüstanın digər iki şəhərində də təqdimatı nəzərdə tutulub. Rejissoru Elxan Cəfərov, ssenari müəllifi Aqil Abbas, operatoru Nadir Mehdiyev, rəssamı Rafiq Nəsirov, bəstəkarı Xalq Artisti Polad Bülbüloğlu, icraçı prodüseri Nadir Əliyev olan filmin çəkilişləri İsmayıllı, Şəmkir, Ağdam və Ağcabədi rayonlarında aparılıb.

Ekran əsərində əsas rollarda Məmməd Səfa, Rza Rzayev, Elvin Əhmədov, Fuad Poladov, Fərhad İsrafilov və başqaları çəkilib.

Azərbaycanla yanaşı, Rusiyada da nümayiş etdirilən film böyük marağa səbəb olub.