Dahi rəssamların əsərləri oğurlandı

Dahi rəssamların əsərləri oğurlandı
627 dəfə oxunub
  • A-
  • A
  • A+
İtaliyanın Verona şəhərindəki muzeydən arasında İntibah dövrünün məşhur sənətkarlarının əsərlərinin də olduğu 15 rəsm əsəri oğurlanıb.

Axşam.az Azərtac-a istinadən xəbər verir ki, Kastelvekkionun (Qədim saray) İntibah dövrünə aid kolleksiyasından, əsasən Tintorettonun beş işi, həmçinin Bellini, Pizanello və Rubensin əsərləri oğurlanıb. Muzey rəhbərliyinin təxmini hesablamalarına görə, oğurlanan əsərlərin dəyəri 15-20 milyon avro həcmindədir.

Muzey əməkdaşlarının verdiyi məlumata görə, əsərləri binaya soxulan üç silahlı şəxs aparıb. Verona şəhərinin meri hadisənin sifarişlə həyata keçirildiyi fikrindədir.

Polis hadisə ilə bağlı təhqiqata və qarətçilərin axtarışına başlayıb.