Yalçın Rzazadənin səhhəti pisləşdi

Yalçın Rzazadənin səhhəti pisləşdi
2397 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Yalçın Rzazadənin səhhəti pisləşib.

Axşam.az-ın məlumatına görə, bu barədə Lent.az-a xalq artistinin özü məlumat verib. O bildirib ki, qəflətən ürəyində ağrılar hiss edib:

"Ürəyimdə narahatlıq hiss elədim, həkim çağırdım, müayinə elədilər, sistem qoşdular. Hələ yenə gələcəklər. Bu gün çəkilişim var idi, səhhətimə görə gedə bilmədim”.

Qeyd edək ki, Y.Rzazadənin bir müddət öncə də vəziyyəti pisləşmişdi. Həmin zaman isə xalq artisti səhhəti barədə bu sözləri demişdi:

“Türkiyədə müalicə olunmaq çox yaxşı effekt verir, amma Türkiyəyə getmək üçün hazırlıqlı olmalısan. Mənim də elə bir hazırlığım yoxdur. Odur ki, taleyimlə barışmalıyam”.