Bakıda böyük sənətkarın abidəsi ucaldılacaq

Bakıda böyük sənətkarın abidəsi ucaldılacaq
567 dəfə oxunub
  • A-
  • A
  • A+
Bakıda Maestro Niyazinin abidəsi ucaldılacaq.

Axşam.az "Report"a istinadən xəbər verir ki, bu barədə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Mədəniyyət və Turizm Nazirliyi və M.F.Axundov adına Milli Kitabxananın “Azərbaycan musiqi irsinin dünyada təbliği” birgə layihəsinin təqdimat mərasimində məlumat verib.

Abidənin ilin sonuna qədər ucaldılacağını deyən nazirlik rəsmisi bildirib ki, Maestro Niyazinin abidəsini görkəmli memar Ömər Eldarov hazırlayıb. Ə.Vəliyev görkəmli müğənni Rəşid Behbudovun heykəlinin də 2016-cı ilin sonunadək ucaldılacağını və həmin vaxt onun yubileyinin keçiriləcəyini əlavə edib.
Qeyd edək ki, Rəşid Behbudovun heykəlinin memarı Fuad Salayevdir.