Bu şou Azərbaycanda ilk dəfə keçirildi - fotolar

Bu şou Azərbaycanda ilk dəfə keçirildi -  fotolar
1761 dəfə oxunub
  • A-
  • A
  • A+
Rəşid Behbudov adına Dövlət mahnı teatrında Mr. White adı ilə tanınan aktyor Oleqin təşkil etdiyi şou-tamaşa baş tutub.

Axşam.az-ın xəbərinə görə, “köpüklü -şou”nun birinci seansı biletlə olsa da, ikinci seansa internat məktəblərinin şagirdləri, aztəminatlı ailələrin uşaqları və fiziki qüsurlu uşaqlar dəvət olunub.

Qeyd edək ki, Azərbaycanda belə formatlı şou ilk dəfə keçirilib. Mütəmadi olaraq xeyriyyə məqsədi ilə uşaq evlərində və internatlarda nümayişlər təşkil edən Mr. White, Novruz bayramı günlərində də uşaqlar üçün təntənəli gecə proqramını gerçəkləşdirib. Oleq ad gününü uşaqlarla keçirərək onlar üçün çıxışlar edib.