Silahlı Qüvvələrin orkestri belə çıxış etdi - fotolar

Silahlı Qüvvələrin orkestri belə çıxış etdi - fotolar
625 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün Silahlı Qüvvələrin orkestrlərinin nümunəvi çıxışları təşkil olunub.

Axşam.az-ın Trend-ə istinadən məlumatına görə, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü və Böyük Vətən müharibəsində Qələbənin 71 illiyi münasibəti ilə mayın 9-da saat 17:00-dan Bakı şəhərinin müxtəlif yerlərində Silahlı Qüvvələrin orkestrlərinin çıxışları təşkil olunub.

Məlumata görə, paytaxt sakinləri və qonaqların marağına səbəb olan orkestrlərin çıxışları saat 19:00-dək davam edəcək.

Orkestrlər müəyyən edilmiş 6 nöqtədə çıxış edirlər:

- Dənizkənarı Milli Park;
- Azadlıq meydanı ilə üzbəüz fəvvarələrin qarşısı;
- Ukrayna dairəsi yaxınlığındakı Heydər Əliyev adına park;
- Zərifə Əliyeva adına park;
- Zabitlər parkı;
- Fəvvarələr meydanı

Eyni zamanda bütün qarnizonlar və iri şəhərlərdə də hərbi orkestrlərin nümunəvi çıxışları planlaşdırılır.