“Oyuq”çular konsert proqramı ilə çıxış ediblər

“Oyuq”çular konsert proqramı ilə çıxış ediblər
1389 dəfə oxunub
  • A-
  • A
  • A+

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı nəzdindəki “Oyuq” teatr-studiyasının balaca istedadları daha bir tədbiri reallaşdırıb.

Teatrın mətbuat xidmətindən Axşam.az-a bildirilib ki, studiyanın kollektivi ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə tamaşa və təntənəli konsert proqramı nümayiş etdirib.

Komik hadisələrlə zəngin “Şahın xudpəsənd oğlu” adlı tamaşa və rəngarəng konsert proqramı balaca tamaşaçıların coşqusu ilə müşayiət olunub. Maraqlı səhnə həlli verilən tamaşanın müəllifi Səidə Haqverdiyeva, rejissoru Cəmilə Allahverdiyeva, rəssamı isə İqbal Əliyevdir.

Anşlaqla keçən tamaşa-konsertdə studiyanın istedadlı üzvləri İbrahim Bakıxanov, Mirismayıl Sadıqov, İlham Qasımov, Selcan Xatun, Nigar Xanmirzəyeva, Nəzrin Xəlilova, Nuray Rəhman, Dəniz Mənsimova, İsmayıl Əliyev, Miryaqub Seyidov, Arif Əliyev, Aysu Cəbrayılova və başqaları çıxış ediblər.

Qeyd edək ki, balaca “Oyuq”çuların Ümummilli Liderə sevgi nümayişi olan konsert-tamaşa artıq üç ildir reallaşır və hər dəfə də yeni tamaşası, rəngarəng konsert proqramı ilə yadda qalır.