Yunan turizminin ümidi - "Parqalı" İbrahim Paşa

Yunan turizminin ümidi - "Parqalı" İbrahim Paşa
1220 dəfə oxunub
  • A-
  • A
  • A+
“Muhteşem Yüzyıl” serialının son bölümündə öldürülən İbrahim Paşanın Yunanıstanın Parqa şəhərindəki doğum yerinə türkiyəli turistlərin axını artıb.

Axşam.az-ın məlumatına görə, türklər Atina, Selanik, Rodos, Santorini ve Mikonosdan başqa Parqanı da böyük maraqla ziyarət edirlər.
 
Parqa şəhər bələdiyyəsi türkiyəli turistlərin bu məkana olan marağını görərək 24-27 yanvar tarixlərində İstanbulda təşkil ediləcək "Şərqi Aralıq Dənizi Beynəlxalq Turizm və Səyahət Sərgisi"nə qatılmağı qərara alıb. Bu ziyarətlərin son günlər heç də yaxşı vəziyyətdə olmayan Yunanıstan turizminə böyük xeyir gətirəcəyi bildirilir.

Dənizi və əsrarəngiz meşələri ilə diqqət çəkən Parqa kənardan baxıldıqda amfiteatr görüntüsünü verir.

Nigar MƏHƏRRƏM