Tünzalə Ağayevadan gözlənilən klip: “Mənim Prezidentim”

Tünzalə Ağayevadan gözlənilən klip: “Mənim Prezidentim”
1558 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Tünzalə Ağayeva “Mənim prezidentim” adlı mahnıya çəkdirdiyi klipi təqdim edib.

Axşam.az-ın məlumatına görə, musiqisi müğənninin özünə, sözləri İsmayıl Dadaşova aid olan mahnının ekran işini rejissor Ülviyyə Könül çəkib.

9 oktyabr Prezident seçkilərinə həsr edilən klipin operatoru Elmirdir.

Əməkdar artist mahnının çox sevildiyini, klipin maraqla qarşılandığını bildirib.

"Mənim Prezidentim" - ölkəmizi yüksəklərdə görmək istəyən, daha parlaq Azərbaycan üçün çalışan Prezident İlham Əliyevə dəstək olan və vətənini sevən gənclərin sinerjisidir. "Mənim Prezidentim" sıralarında yüz minləri birləşdirəcək gənclər hərəkatıdır.

"Mənim Prezidentim" Təşəbbüs Qrupunun əsas məqsədi - son 10 il ərzində Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyev tərəfindən ölkədə aparılan uğurlu siyasətin nəticələrini geniş ictimaiyyətə, xüsusilə gənclərə çatdırmaqdır.