“Əsəbiləşib, oğlumun skripkasın sındırdım"

“Əsəbiləşib, oğlumun skripkasın sındırdım"
1443 dəfə oxunub
  • A-
  • A
  • A+

Hər zaman sakit və mülayim görünən əməkdar artist Elza Seyidcahan əsəbi halından söz açıb.

Axşam.az-ın məlumatına görə, çox nadir hallarda özündən çıxdığını deyən müğənni həmin an telefonunu yerə çırpır:

“Mən də insanam, əsəbi vaxtım olur. Bəlkə də bilərəkdən edirlər bunu. İstəyirlər mən Elzalığımdan çıxım. Çox horslənəndə gücüm telefona çatır, götürüb çırpıram yerə.

Bir dəfə də elə hirsləndim ki, bax onda dəlilik elədim. Oğlum Ələkbərin çox bahalı bir skripkası var idi, götürdüm, masaya o qədər çırpdım ki, parça-parça oldu. Bir də baxdım əlimdə simləri qalıb. O hərəkətimə çox peşmanam. Elə bil hər şey o skripkanın başında idi. Onu sındıran kimi hər şey sakitləşdi. Ələkbər heç nə demədi. Bircə kəlmə qayıtdı ki, bəs axşamkı toyu nə ilə çalacam?

Məsələdən xəbər tutan bir rəfiqəm səhəri günü pul gətirdi ki, Ələkbər məəttəl qalmasın. Amma oğlum o sınıq skripkanı uzun müddət tullamadı”.